Belediyye.infonun suallarını şirvan şəhər Hacı Qəhrəmanlı qəsəbə bələdiyyəsinin sədri Samirə Abışova cavablandırır:
- Bələdiyyənin maliyyə imkanlarının artırılması üçün hasnı addımlar atırsınız?
- Bu gün təməli ulu öndər Heydər əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşərək bələdiyyələrin şəffaf şəkildə çalışmaları üçün səmərəli idarəetmə mexanizmi yaradılmışdır. Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə sakinlərin vergiyə cəlb olunması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (Bams) proqramına qoşulması, vergi ödəyicilərinə tədiyyə bildirişlərinin vaxtında çatdırılması, vətəndaşların problemlərini dinləmək onlarla mütamadi görüşlər keçirmək, vergilərdən gələn gəlirlər hesabına əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlməsinə ciddi nəzarət etmək fikirmcə bələdiyyənin maliyyəsinin artırılmasını şərtləndirən əsas amillərdəndir.
Bu gün Hacıqəhrəmanlı Bələdiyyəsinin bələdiyyələrin Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilən fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergiləri yığmaq səlahiyyəti vardır.Yerli büdcələrini formalaşdırmaq üçün büdcəyə torpaqın satışından gələn gəliri daxil etsəkdə qəsəbənin sosial-iqtisadi məsələllərinin həll olunmasında çətinliklərimiz var.
Düşünürəm ki, bələdiyyələr büdcələrindən dahada səmərəli istifadə etməli və əldə olunan gəlirlərdən yeni xidmət sahələri yaradaraq əlavə gəlirlər əldə etməlidirlər. Hacıqəhrəmanlı bələdiyyəsi bələdiyyənin maliyyə imkanlarının artırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Bu gün biz qəsəbə bələdiyyəsi olaraq öz işimizi maliyyə imkanları daxilində qurmağa çalışırıq. Hacıqəhrəmanlı bələdiyyəsi “Aztəminatlı ailəllərin sosial-xidmətlərinin yaxşılaşdırılmasına dəstək “layihəsi ilə birgə əməkdaşlığı çərçivəsində və büdcəyə daxil olan gəlirlər hesabına qəsəbə üçün xeyir-şər mağarını alaraq əhalinin istifadəsinə vermişdir. Qarşıda duran ikinci məsələ isə marşurutun alınmasıdır. ilin sonuna qədər büdcəyə daxil olan gəlirlər hesabına marşurut alınması planlaşdırılıb. Bu da bizim bələdiyyəyə gəlir gətirən sahələrdən biri olacağının təminatıdır.
-Fikirinizcə əlavə olaraq hansı maliyyə istiqməti bələdiyyənin səlahiyyətinə verilməsini təklif edərdiniz?
-Bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi maliyyə imkanlarından birbaşa asılıdır. şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsində çox böyük əhəmiyyət daşıyır.
Yeni qanunvericilik aktları bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrin maliyyə mənbələrinin gücləndirilməsinə imkan yaradır. Bu gün yerli idarəetmə orqanları öz büdcələrini formalaşdırmaqda çətinlik çəkirlər. Məsələn Qəsəbə Bələdiyyəsi olaraq onu qeyd etmək istərdim ki, bələdiyyələrin maliyyə əsaslarını gücləndirmək məqsədilə subvensiyanın verilməsi bələdiyyə büdcəsinin formalaşmasına təminat yaradar.
Belediyye.info